İsmayıllıda DƏHŞƏTLİ selin fəsadlar - VİDEO
Bir neçə gün öncə İsmayıllıya yağan güclü yağışlardan sonra yaranan fəsadlar hələ də aradan qaldırılır.
Mynews.az ARB Şəki-yə istinadən xəbər verir ki, hazırda da bölgədə qeyri-sabit hava şəraiti hökm sürdüyündən yaşana biləcək təhlükələrə qarşı önləm alınır.
Daha çox ziyan dəyən Diyallı kəndində çadırda yaşayan ailənin Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən evlə təmin edilməsi nəzərdə tutulur. İsmayıllı Su və Meliorasiya İdarəsi çayları lil və palçıqdan təmizləyir. Suyun səviyyəsinin qalxacağı təqdirdə qabaqlayıcı tədbirlər görmək üçün bütün texnikalar hazır vəziyyətə gətirilib.
Güclü yağışlar nəticəsində Muğanlı-İsmayıllı yolunun 0-29 km-liyində sürüşmə aktivləşib, ərazidə torpaq uçqunları baş verib. Basqal-Sulut avtomobil yolu, Tağlabiyan-Kəlfərəc-Müdrü kənd yollarında da sürüşmə yaşanır. 9 nömrəli yol istismar idarəsi ərazidə iş aparır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 925 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub