Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda özəl bağçada görünməmiş rəzalət - uşaqlara işgəncə verilir - YENİLƏNİB - VİDEO

Bakıda uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının qeydə alındığı bağça “Kids Studio” adlanır.

Mynews.az-ın məlumatına görə, bu barədə Azxeber.com saytı yazıb.

Bildirilir ki, uşaqlara qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı sayt adıçəkilən bağça ilə əlaqə saxlayıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb:

“Bu uşaq mənim öz uşağımdır və sadəcə, tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb”.

12:45

Azxeber.com xəbər portalının elektron poçtuna Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü daxil olub. 

Görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara dözülməz zülm yaşadırlar. 

Əldə etdiyimiz məlumata görə, həmin bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyası da yoxdur. 

Biz həmin özəl bağçanın adını bilsək də, hazırda dəqiqləşdirilmələr aparıldığı üçün hələ ki bu barədə informasiya vermirik. Bununla bağlı tərəfimizdən araşdırılma aparılır və yaxın saatlarda həmin özəl bağçanın adını ictimaiyyətə açıqlayacağıq. Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir.

Maraqlıdır ki, lisenziyası olmayan və psixoloji durumu yoxlanılmayan bir şəxsin uşaqlara xidmət göstərməsinə kim və nəyə görə göz yumub?!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...