Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq

Milli Məclisin sabah keçiriləcək plenar iclasında Təhsil Nazirliyinin "Təhsil haqqında" qanuna əlavələr edilməsi üçün hazırladığı təkliflər zərfinin qəbul ediləcəyi gözlənilir.

Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, "Təhsil haqqında" qanunun qəbulundan 9 il ötüb. Bu müddətdə təhsil sahəsində bir çox strateji sənədlər qəbul edilib:

"Hesab edirik ki, bütün bu dəyişikliklər "Təhsil haqqında" qanuna əlavə və dəyişiklikləri zəruri edir. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən təkliflər zərfi hazırlanaraq Milli Məclisə təqdim olunub. Parlamentin sabah keçiriləcək plenar iclasında həmin zərfin qəbul ediləcəyi gözlənilir".

C.Bayramov əlavə edib ki, bundan sonra qanundakı hər bir istiqamət üzrə, o cümlədən müəllimlərin sertifikasiyası ilə bağlı xüsusi qaydalar hazırlanacaq. Qaydalarda bütün prosedurlar öz əksini tapacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...