Məhkum olunmuş şəxslər sürücü işləyə bilərmi? - - AÇIQLAMA
"Məhkumluğu olan şəxs cəzasını çəkib cəmiyyətə inteqrasiya olunmalıdır. Məhkum olan şəxs sürücü kimi fəaliyyət göstərməsin deyə bir məsələ yoxdur. Hər kəsə fərdi yanaşılmalı, onun törətdiyi əmələ baxılmalıdır. Məhkum olunmuş şəxslər də sürücü işləyə bilərlər".
Mynews.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, əgər bir şəxs sərxoş halda qəza törədib və çoxlu sayda insanın ölümünə səbəb olubsa, bunu iki dəfə edibsə, həmin şəxsin 3-cü dəfə avtobus sürücüsü işləməsi məqsədəuyğun deyil: "Həmin şəxs nəqliyyat sistemində, istehsalat bazasında işləyə bilər, sükan arxasında isə əyləşə bilməz".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 998 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 960 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 950 dəfə oxunub
loading...