Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülərə şad xəbər - Sürücülük vəsiqələri və bahalı nömrələrlə bağlı

Onları narahat edən məsələ gündəlikdən çıxarıldı

Milli Milli Məclisin bu gün keçirilən iclasında müzakirəsi təxirə salınan məsələlər açıqlanıb.

Mynews.az xəbər verir ki, müzakirəsi təxirə salınmış gündəlikdəki 13-cü məsələ - "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumunun 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun isə 17 manatdan 25 manata qaldırılması nəzərdə tutulurdu.

Bundan başqa, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 1500 manatdan 2000 manata, seriyası eyni hərflərdən ibarət olduqda ödənilən rüsumun 2500 manatdan 3000 manata, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 1000 manatdan 1500 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsumun 1500 manatdan 2000 manata, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda tətbiq edilən dövlət rüsumunun 500 manatdan 1000 manata, seriyası eyni hərflərdən ibarət olduqda isə ödənilən rüsumun 1000 manatdan 1500 manata qaldırılması təklif edilirdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...