Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir - Nazir əmr imzaladı

Ramazan bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq. 

Mynews.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən polis iyun 15-dən 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...