Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İmişlidə su kanalından 56 pasport tapıldı - Araşdırma başlandı

İmişlidə çaydan çoxlu sayda ümumvətəndaş pasportu tapılıb.

Mynews.az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar.

Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib. 

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.

"Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir.

Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır", - deyə E. Zahidov qeyd edib.

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...