Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məhkəməyə Ombudsmandan 30 müraciət daxil olub

Konstitusiyaya edilən dəyişikliklərdən sonra Ombudsmana Azərbaycan Konstitusiya Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir.

Mynews.az məlumat verir ki, bunu Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Onun bildirdiyinə görə, Ombudsman tərəfindən Konstitusiya Məhkəməsinin Plenumunun mütləq qüvvəsi olan 30-a yaxın qərarı ilə bağlı müraciətlər daxil olub:

 “Bu müraciətlər hüququn müxtəlif sahələrinə aiddir.

Ümumiyyətlə, hər bir dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu da Azərbaycan Konstitusiyasında əksini tapıb”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...