Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məhkəmə Ramin Hacılı barədə qərar verdi

Dövlət sərhədini qanunsuz keçmək istəyərkən saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmədiyini deyib.

Daha sonra R.Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb. Hazırda DSX-nin İstintaq İdarəsi tərəfindən istintaq araşdırmaları davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...