Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ekspert: Məşhurlaşmaq istəyi uşaqları cinayətə sövq edir

Azərbaycanda azyaşlılar tərəfindən törədilmiş cinayətlərin sayı artıb. Əsasən, onlar bunu tez bir zamanda pul qazanmaq və ya məhşurluq üçün edirlər. 

Mynews.az-ın məlumatına görə, bu sözləri açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovniki, professor, sosioloq Tahir Behbudov deyib. 

O bildirib ki, cinayətlərin ümumi xüsusiyyətləri fərqli olur:

“Bu hadisələr ölkədə iqtisadi böhran və ya inkişaf olanda baş verir. Bu gün Azərbaycanda ikinci olur. Məhz bu səbəbdən məsuliyyətsiz insanlarda tez və asan zənginləşmək istəyi yaranır. Bu isə azyaşlılara güclü təsir göstərir”, - ekspert qeyd edib. 

Onun sözlərinə görə, bu gün Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələrindən olan uşaqlar sosial şəbəkələrdə məşhur insanları görür və özləri də məşhurlaşmaq istəyir. Bu, cinayətkarlıq və ya intihar yolu ilə də ola bilər.

“Yaradıcılıq baxımından onlar heç nə edə bilmir. Hətta yaradıcılıq fəaliyyətində az uğur qazananlar uzun yoldan çəkinərək, cinayətkarlığa baş vurur”, - sabiq polis polkovniki əlavə edib. 

Behbudov vurğulayıb ki, belə cinayətkarları qanun da qorxutmur.

“Bugünkü şərtlərdə onlar başa düşür ki, qanunu böyük pullarla yenmək olar. Çoxlu pullar əldə etmək üçün isə onlar yanlarına zəngin ailələrin uşaqlarını cəlb edirlər. Öz ətraflarında belə uşaqları isə “bank-oğlan” adlandırırlar”, - müsahib deyib. 

Behbudov bu cür problemlərlə mübarizə aparmaq yollarını açıqlayıb:

“Mübarizəni ilk addımlardan başlamaq lazımdır. Oğlan atasının maşınının açarlarını oğurlayıb və yol-hərəkət qaydalarını pozub. Onu cərimə yazmaqla buraxmaq olmaz. Onu ABŞ-da olduğu kimi, azyaşlılar üçün həbsxanalarla tanış etmək lazımdır. O başa düşməlidir ki, belə hal olsa, həbsxanaya düşə bilər. 

Azyaşlıların həbsxanası – bu dəhşətdir. Orada qaydalar yoxdur. Orada hər kəs özünə görədir. Bu vəziyyəti gördükdən sonra heç kəs ora düşmək istəməyəcək. Əlbəttə ki, valideynlər də davamlı olaraq, övladlarının ətrafına fikir verməlidirlər”, - sosioloq deyib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...