Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yol hərəkəti qaydasını pozan DYP əməkdaşı cəzalandırıldı - VİDEO

Sosial şəbəkələrdə 99 YP 250 dövlət nömrə nişanlı, YPX avtomobili Gülüstan sarayı yaxınlığında yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin video DYP rəhbərliyi tərəfindən araşdırılıb və avtomobili idarə edən inspektor barəsində tədbir görülüb.

Bu barədə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik leytinantı Cəmşid Hənifəyev məlumat verib. Bildirib ki, videogörüntü yayıldıqdan dərhal sonra araşdırma aparılıb. Həmin vaxt avtomobili idarə edən inspektor, polis serjantı Fuad Qasımov barəsində İXM uyğun olaraq 100 manat 4 bal məbləğində cərimə tətbiq edilib.

Eyni zamanda kobud qayda pozuntusuna yol verdiyi üçün həmin əməkdaş cəzalandırılaraq avtomobildən düşürülüb və piyada xidmətə cəlb olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...