Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pambıq tarlasında zəhərlənmə olmayıb - AÇIQLAMA

Bərdədə pambıq tarlasında zəhərlənmə olmayıb.

Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva deyib.

“İnsanlar arasında lazımsız panika yaranıb. Ancaq heç bir zəhərlənmə olmayıb. Sadəcə, üç nəfər günvurma ilə bağlı müraciət edib. Digər işçilər də bundan narahat olub, yoxlanışa gəliblər”.

Baş həkimin sözlərinə görə, zəhərlənmənin öz əlamətləri olur. 

“Xəstəxanaya gətirilən insanlarda baş gicəllənməsi olub. Bu da zəhərlənmənin yox, günvurmanın əlamətidir. Hər yazılan, danışılan sözdən panikaya düşmək lazım deyil”,- deyə həkim qeyd edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...