Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vəkillər Kollegiyası QHT-yə Dövlət Dəstəyi Şurasını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin 10-cu ildönümü münasibətilə Vəkillər Kollegiyasının rəhbərliyi Şuranın rəhbərliyi ilə görüşüb.

Mynews.az xəbər verir ki, Dövlət Dəstəyi Şurasının inzibati binasında keçən görüşdə Kollegiyanın sədr müavini Pərviz Ələkbərov və Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov Şuranın sədri Azay Quliyev və icraçı direktoru Fərasət Qurbanov tərəfindən qəbul olunub.

Görüşdə sədr müavini Pərviz Ələkbərov tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Şuraya təbrik məktubu Azay Quliyevə təqdim olunub, bildirilib ki, vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsində vətəndaş cəmiyyəti institutlarının rolu əhəmiyyətlidir və bu kimi işlərin təşkilində Şuranın 10 illik fəaliyyəti əvəzsiz olub.

Eyni zamanda, Şuranın sədri Azay Quliyev iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri barəsində nikbin olduğunu bildirib və insan hüquqlarının müdafiəsi işində hər iki qurumun birgə təşəbbüslərlə çıxış etmək imkanlarının mövcudluğunu müsbət qiymətləndirib.

Sonda xatirə fotosu çəkilib.

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...