Bakı-Sumqayıt qatarlarına əlavə heyət qoşulub
“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.
QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Mynews.az-a bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından, Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.
Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 925 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub
loading...