Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazirlikdən hava ilə bağlı növbəti xəbərdarlıq: 43 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...