Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət etdi

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Mynews.az-a bildirib ki, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından Bakı-Sumqayıt-Bakı istiqamətində  hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

Sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi bu gündən (28 iyundan) etibarən Bakıdan 18:30-da, Sumqayıtdan saat 08:00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...