Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Oğul itkisi belimi bükdü” - Xalq şairi dözə bilmir

Xalq şairi Fikrət Qoca dünyasını dəyişən oğlunun itkisinə dözə bilmədiyini deyib.

Mynews.az  yeniçağ.az-a istinadən xəbər verir ki, xalq şairi göz yaşlarına hakim ola bilməyib: "Yalçının məni yarıyolda qoyub gedəcəyini ağlıma da gətirməzdim. Deyəndə ki, Yalçın yolda yıxılıb, xəstəxanaya aparırlar, dünya başıma fırlandı. Oğul itkisi belimi bükdü”.

Şair oğlu ilə son görüşünü də xatırlayıb: "Elə bil ürəyinə damıbmış. Ölümündən əvvəl mənə zəng eləmişdi, hal-əhval tutduq, ordan-burdan danışdıq. Həmişə deyirdi ki, ata, dərmanlarını vaxtlı-vaxtında qəbul et, çox narahat idi mənə görə. Bu dəhşətli itkinin ağırlığını özümlə o dünyaya aparacağam. Yalçını hamı çox istəyirdi… Yaram təzədir, onun haqqında danışmaq mənə çox ağırdır…”

Qeyd edək ki, Fikrət Qocanın iki qızı, bir oğlu vardı. Şair-tərcüməçi Yalçın Qoca dünən 52 yaşında dünyasını dəyişib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...