“Zerkalnı” nömrələrin yeni qiymətləri açıqlandı - RƏSMİ
Parlamentin son iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilib.
Mynews.az xəbər verir ki, belə ki, avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.
Dəyişikliyə əsasən, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda dövlət rüsumu 1500 manatdan 2000 manatadək artırılıb.
Seriya eyni olduqda rüsum 3000 manat (əvvəl 2500) təşkil edəcək.
Bundan başqa, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500 manat (əvvəl) 1000), seriya eyni hərflərdən ibarət olduqda 2000 manat (1500) rüsum ödəniləcək.
Dəyişikliyə əsasən, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif olduqda 1000 manat (əvvəl 500), seriyası eyni hərflərdən ibarət olduqda 1500 manata (1000) qaldırılması təklif edilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 970 dəfə oxunub
- Emin Ağalarov söz verdi 970 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 968 dəfə oxunub