20 Yanvar körpüsü və tunellə hərəkət bərpa olunur
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinin 1-ci mərhələsi bitmək üzrədir. Artıq ərazidə son tamamlanma işləri aparılır.
Aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) mövcud avtomobil körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edib.
Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi - “Şamaxı yolu” adlanan ərazi istiqamətinə yönəldilib.
Artıq ərazidə son tamamlanma işləri aparılır, yol xətlənir. Səhər tezdən körpü və tunellə hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Bununla da 20 Yanvar dairəsi və Şamaxı yolu deyilən ərazi istiqamətində yaranan sıxlıq aradan qalxacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 915 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 598 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 589 dəfə oxunub