Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elmar Vəliyevin həyatını xilas edən həkim danışıb

Türkiyənin məşhur beyin cərrahı Türkel Kılıç Gəncənin icra başçısı Elmar Vəliyevin əməliyyatını həyata keçirib.

Mynews.az azxeber.com-a istinadən bildirir ki, ötən gün sui-qəsdə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin əməliyyatına səhər saatlarında Medicalpark xəstəxanasının Göztəpə xəstəxanasının beyin cərrahı Türkel Kılıç girib. Məşhur cərrah gecə saatlarında təcili olaraq Bakıya gəlib.

Əmlak Komitəsinin sədri Kərəm Həsənovun dəvəti ilə Bakıya gələn həkim icra başçısının həyati riskini azaldan əməliyyat keçirib. 

Həkim açıqlamasında hazırda Elmar Vəliyevin həyatı üçün heç bir riskin olmadığını deyib: "Elmar müəllimin səhhətində irəliləyiş gedir. Hər keçən gün daha da yaxşı olacaq".

Qeyd edək ki, Elmar Vəliyevə  ötən gün sui-qəsd edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...