Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazirlik çimərliyə getmək istəyənlərə xəbərdarlıq etdi - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilib.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...