Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qızımın cehizi olmadığı üçün hər gün döyüldü, söyüldü, təhqir olundu" - VİDEO

Gəlin köçən qıza cehiz vermək, necə deyərlər, dədə-baba adətidir. Amma elə ailələr var ki, gəlinin cehizindən narazı qalıb, onu təhqir edir, hətta döyürlər. Bəlkə inanmaq çətindir, amma bir ailədə bu məsələ ailənin dağılmasına belə gətirib çıxarıb.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bunlar çarəsiz ananın mebel mağazalarından birinə ünvanladığı məktubda yazılıb. Ana qızının cehizsizlik ucbatından bədbəxt olmasını istəmir və mebel mağazasından kömək umur. Özünü cehiz verə bilmədiyi üçün üzüqara adlandıran ananın məktubu cəmiyyətdə cehiz məsələsinin problem olaraq qaldığını göstərir. Yəni bəziləri üçün cehizsizlik gəlini gözükölgəli edir, hətta ailənin dağılmasına belə səbəb olur.

Bəziləri isə cehizə görə gəlinə əziyyət verilməsini cahillik adlandırır. Gənclərin fikri isə bir qədər fərqlidir.

 

Sosioloq Rəşad Əsgərov hesab edir ki, belə problemlər ailələrin özlərini digər ailələrlə müqayisə etmələrindən qaynaqlanır. Həmçinin bəzi ailələr evliliyə sosial statusun artırılması fürsəti kimi baxır. Sosioloq həmçinin ailə kimi böyük dəyərin cehiz kimi xırda məsələlərə qurban verilməsinin qəbuledilməz olduğunu da vurğulayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...