Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vergilər Nazirliyinə 132 nəfər işçi qəbul olunub

Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il tarixli əmrinə əsasən, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin nəticələri təsdiq olunub.

Nazirliyin media və kommunikasiya mərkəzindən Mynews.az-a verilən xəbərə görə, müsabiqənin ümumi yekunları üzrə 132 nəfər namizəd uğur qazanıb. Hər bir namizədin müsabiqənin yekunları üzrə qiymətləri 2 iş günü ərzində onun şəxsi elektron ünvanına göndəriləcək.

Ətraflı məlumat əldə etmək üçün namizədlər 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...