Hərbi liseylərə qəbul imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 30-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
DİM-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 2 binada təşkil olunacaq. İmtahanda 898 abituriyentin (Bakı şəhərində 566 nəfər, Naxçıvan şəhərində 332 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 136 nəfər Hərbi Tibb Məktəbinə, 762 nəfər isə hərbi liseylərə imtahan verəcək. İmtahanın idarə olunmasına 7 imtahan rəhbəri, 76 nəzarətçi-müəllim cəlb edilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.
İmtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 938 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 928 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub