Bələdiyyə sədri 3 min manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.
Nazirliyin Mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, faktla bağlı əraziyə cavabdeh Şağan bələdiyyəsinin sədri Afiyəddin Məmmədov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3 min manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1013 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 971 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 960 dəfə oxunub
loading...