Çimərlikdə görünməmiş biabırçılıq -Sərxoş kişilər qadınlara hücum çəkdi - VİDEO
Çimərlikdə istirahət etmək istəyən qadınlar hücuma məruz qalıb.
Mynews.az xəbər verir ki, hadisə Sabunçu rayonu,Pirşağı qəsəbəsi "Qızılqum" çimərliyində baş verib.Ərazidə qumluq sahədən istifadə etmək istəyən vətəndaşlar orada fəaliyyət göstərən restoran əməkdaşlarının hücumuna məruz qalıb.Hücuma məruz qalan Rusiya vətəndaşı Gülzar Antonova saytımıza bildirib ki, qumluq sahədən istifadə etmək üçün onlardan bir nəfər üçün 15 manat ödəniş tələb olunub.
"Bizə dedilər ki,çimərlikdən və dənizdən istifadə etmək ödənişlidir.Bizsə onların təklif etdiyi masada əyləşməkdən imtina etdik.Özümüz dənizin kənarında,qumluq sahədə əyləşdik.Bu zaman orada restoran fəaliyyəti ilə məşğul olan şəxslər bizə dedilər ki, onların stolunun kölgəsi düşən ərazidə oturmayaq. Bizi nalayiq söyüşlərlə təhqir etdilər.Dedilər,bu ərazilər bizimdir.Bizə hücum çəkib,ərazidən çıxarmağa çalışdılar.Ətrafdakı insanlar bizi onların hücumlarından qorudu."
Gülzar Antonova hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.Çimərlikdə baş verən həmin hadisənin görüntülərini təqdim edirik:
Cəmiyyət
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1149 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1057 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 986 dəfə oxunub