Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ramin Hacılının həbs müddəti uzadıldı

Nərimanov Rayon Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Mynews.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

R. Hacılının barəsində həbs-qətimkan tədbiri 2 ay 15 gün müddətinə uzadılıb.

İstintaq orqanı tərəfindən Ramin Hacılıya əlavə ittihamlar elan edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...