Bakı metrosunda maşinist stansiyaya çatmamış qatarın qapılarını açdı - VİDEO
"Bakı Metropoliteni" QSC-də maşinist hüdud xəttinə çatmadan qatarı sərnişinlərin minib-düşməsi üçün saxlayıb.
Mynews.az xəbər verir ki, məlumatı “Report”a təsdiqləyən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin maşinist barəsində araşdırma başlayıb.
B.Məmmədovun sözlərinə görə, hazırda hadisə təhlil edilir və maşinist məsələni izah etmək üçün dəvət ediləcək:
“Hadisə bu gün səhər saat 08:29-da metronun “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 6 saylı qatarda baş verib. Maşinist qatarı hüdud xəttinə çatmadan saxlayıb. Araşdırmalar aparılır və maşinist izahat üçün dəvət ediləcək. Tez bir zamanda hadisə ilə bağlı yekun qərar veriləcək”.
Qeyd edək ki, səhər saatlarında metronun “28 May” stansiyasında qatar hüdud xəttinə çatmadan dayanıb. Bu zaman sonuncu vaqon tunelin içində oluduğundan qoruyucu dəmirlər qapıların qarşısını kəsib və sərnişinlərin düşüb-minməsində çətinlik yaranıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 962 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub