Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Toppuş bacı"dan xəbər var

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əməliyyat olunub.

Mynews.az xəbər verir ki, əməliyyatdan sağ-salamat çıxan aktrisa reanimasiyadadır. 

Bu barədə şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əməliyyat uğurla keçib:

"İndi həkimindən soruşdum, dedi, reanimasiyadadır. Əməliyyat yaxşı keçib. Panikaya gərək yoxdur. Sabah görüşünə icazə aldım".

N.Səfərli eyni zamanda aktrisanın xərçəngə tutulma səbəbini də söyləyib:

"Xəstəlik uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Sonra Tünzalə mədə kiçiltmə əməliyyatı keçirib ki, arıqlasın. Yeməyi azalıb, imuniteti aşağı düşüb və xəstəlik sürətlənib".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...