Toydan qayıdan xanəndəni kim öldürüb? - Müəmmalı qətl
Xəbər verdiyimiz kimi, gənc xanəndə Miryusif Mirizadə ötən gün Bərdə rayonunda toy məclisindən çıxdıqdan sonra naməlum şəraitdə qətlə yetirilib. Onun 14 bıçaq zərbəsi vurulmuş meyiti avtomobildən tapılıb. Daha əvvəl hadisənin yol qəzası olduğu ehtimal edilirdi. Araşdırma zamanı məlum olub ki, M.Mirizadə kimliyi hələlik məlum olmayan şəxs və ya şəxslər tərəfindən öldürülüb.
Hadisə vaxtı onunla birlikdə olan xanəndə Novruz Hüseynovun meyiti isə bu gün Qarabağ kanalında aşkar edilib. Ehtimal edilir ki, hər iki şəxs qətlə yetirilib. Bununla yanaşı xanəndələrin ölümü barədə müxtəlif ehtimallar mövcuddur.
Mynews.a-ın AzVision.az-a istinadən xəbərinə görə, Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə bildirib ki, onlar hadisənin necə baş verməsi, motivləri barədə məlumatsızdırlar. Onun sözlərinə görə, qardaşı oğlunun bədənindəki yaralar ekspertiza zamanı şübhələr doğurub.
“Xəbəri ilk bilən qardaşım olub. O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsininin əməkdaşları morqa aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək", - deyə Mirsəməd Mirizadə vurğulayıb.
Mərhumun qohumu deyib ki, Miryusif Mirizadə və Novruz Hüseynon yaxın dost olublar.
Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 971 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 937 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 928 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 927 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 925 dəfə oxunub