Bakıda təhsil alan erməni general KTMT-ya baş katib gətirilir
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib vəzifəsinə Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyanın namizədliyini təqdim etmək istəyir.
Mynews.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "168 jam" qəzeti Ermənistan hökumətindəki mənbələrinə istinadən məlumat yayıb. Nəşr hesab edir ki, bu addım sırf Rusiya ilə son vaxtlar gərginləşən münasibətləri yumşaltmağa yönəlib.
Qeyd edək ki, V.Arutyunyan 1956-cı ildə Gürcüstanın Axalkələk bölgəsində doğulub. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1978-ci ildə Bakıda keçmiş S.M.Kirov adına Xəzər Ali Hərbi-dəniz Məktəbini bitirib. Onun Rusiya ilə çox yaxşı münasibətləri var. Bundan əvvəl Qarabağdakı terrorçu separatçılar onun müdafiə naziri olmasını istəyirdilər. O, 2002-ci ildə keçmiş baş nazir Aram Sarkisyanın başçılıq etdiyi, müxalifətdə olan Ermənistan Respublikaçılar Partiyasına üzv olub.
Eyni zamanda, onun yenidən Ermənistanın müdafiə naziri vəzifəsinə təyin ediləcəyi gözlənilirdi. Lakin yeni baş nazir Nikol Paşinyan açıqlama verərək, ölkənin yeni müdafiə nazirinin David Tonoyan olduğunu təsdiqləyib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 955 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 927 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 917 dəfə oxunub