Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ruslan Abışov əməliyyat olundu

“Neftçi” PFK-nın futbolçusu Ruslan Abışov əməliyyat olunub. 

Mynews.az xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib.

Bakı klubunun kapitanı bununla bağlı klubun rəsmi saytına açıqlama verib: 

“Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada dörd həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəyəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Xatırladaq ki, Avropa Liqasının I təsnifat mərhələsinin Macarıstanın “Uypeşt” klubu ilə cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...