Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda efirində "toy gecəsi"ndən danışıldı: "Oğlanın və qızın..." - VİDEO

“El bizim, sirr bizim” verilişində cinsi münasibətlərin necə öyrənilməsi barədə söhbət açılıb.

Mynews.az xəbər verir ki, verilişdə çıxış edən etnoloq Təvvəkkül Səlimovun sözlərinə görə bəzi gənclər zifaf gecəsini uğurla başa vura bilmirlər.

O qeyd edib ki, keçmişdə nadir hallarda belə problemlər yaşanardı.

“Mənim nənəm 60 ilə yaxın el yengəsi olub. Gəlini aparıb yerbəyer etmək və bu kimi məsələləri yoluna qoyardı. Dünyanın bir çox xalqlarında da yengə statusu olub. Çox təəssüf ki, bu gün “yengəlik etmə” kimi ifadə var. Elə ifadələr var ki, əvvəlki mənasını özündə təzahür etdirmir. Yengə olmasaydı, gəlin gedib ev yiyəsi adını qazanmazdı. Bu çətin məsələydi. İndiki dövrdə internet və televiziya vasitəsilə balaca qızların hər şeydən xəbəri var. Keçmişdə belə deyildi. Oğlanın və qızın sağ-sol yoldaşı olurdu və onlara ailə həyatının ilk gecəsində olan prosesləri izah edirdi” – Təvəkkül bəy bildirib.

mənbə: minval.info

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...