Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kolleclərə ixtisas seçimi bu gün başa çatır - Xəbərdarlıq

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Mynews.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Qeyd olunub ki, avqust 6-sı saat 10:00-a qədər 11671 abituriyent ixtisas seçimi edib: “Onlardan 11444-ü Azərbaycan bölməsini, 227-si rus bölməsini bitirənlərdir”. 

Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...