“Sovetski”nin qalan hissəsi nə vaxt söküləcək?
Yasamal rayonunun “Sovetski” adlanan bölgəsində ərazinin qalan hissəsinin nə zaman söküləcəyi məlum deyil.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Yasamal rayonunun memarı Eyvaz Bağırov deyib.
Onun sözlərinə görə, hazırda “Sovetski”də söküntü işləri davam etdirilir:
“Nazirlər Kabineti tərəfindən ərazininin ikinci hissəsinin sökülməsi üçün qərar verilməlidir. Daha sonra ev və obyektlərin söküntü işləri ilə bağlı vəsait ayrılacaq. Yəqin ki, hazırkı işlər yekunlaşdıqdan sonra digər ərazilər söküləcək. Hazırda konkret ərazi var və vəsait ayrılıb. İşlər 2018-ci ildə başa çatmalıdır”.
Eyvaz Bağırov qeyd edib ki, “Sovetski”nin ikinci hissəsinin sökülməsi üçün növbəti qərarın nə vaxt veriləcəyi bilinmir:
“Bu barədə qərar 2018-ci ilin axırı, ya 2019-da ola bilər”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 972 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 940 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 930 dəfə oxunub