Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu yenilədi

Hər ay olduğu kimi, "Qanun" Nəşrlər Evi fevral ayı ərzində ən çox satılan kitabların siyahısını açıqlayıb. Yeni siyahıya əsasən, ötən ayın ən çox satılan kitabı Bəhram Çələbinin müəllifi olduğu "Rövşən Lənkəranski" kitabıdır.
 
Rövşən Lənkəranskinin İtaliya sərgüzəştləri kriminal aləmi silkələyəcək Yazıçı Bəhram Çələbi Sputnik Azərbaycan-a deyib ki, Lənkəranski mövzusuna müraciət etməsi təsadüfü deyil: "Mənim kriminal səpkidə 14 kitabım var. Kitabların çox satılmasının səbəblərindən biri mövzunun maraqlı olmasıdır. Əvvəl "Kriminal xronika" qəzetində yazırdım. Qəzetin bütün tirajları maraqla oxunurdu".
 
Yazıçı deyir ki, Lotu Bəxtiyar haqqında yazdığı kitabdan sonra ən çox satılanı "Rövşən Lənkəranski" romanı olub: "Sarı ədəbiyyat hər zaman oxucular üçün maraq doğurub. Rövşən Lənkəranski haqqında yazdığım kitab həcmcə bir qədər balacadır. İndi həmin kitabın geniş formatda ikinci nəşrini hazırlamaq istəyirəm".
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...