Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aparıcının boş evinə gələn ŞOK İŞIQ PULU BORCU

Artıq bir müddətdir ki, sosial şəbəkələrdə iyul ayı üçün işıq pulunun çox gəlməsi ilə bağlı etirazlar səngimək bilmir.

Mynews.az xəbər verir ki, bu etirazlara məşhur radio aparıcısı Tural Yusifov da qoşulub. Onun sözlərinə görə, iyul ayının son günü işıq pulunu ödəyərək ölkədən gedib.  9 gün evin boş olmasına baxmayaraq aparıcıya 138 AZN elektrik borcu gəlib. Bu barədə Tural Yusifov Facebook hesabında yazıb.

"31 iyulda ödənişi edib, 1 avqustda ölkədən çıxmışam. 9 gündür bizim evdə heç kim yoxdur. Boş ev 138 manatlıq elektrik sərf edib"

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə maraqlı iddia irəli sürülüb. 100-dən çox istifadəçi eyni məzmunlu şikayətlərində elektrik enerjisinin bu aykı sərfiyyatında şübhəli məqamların olduğunu qeyd ediblər. Belə ki, iddiaya görə, iyun ayı ilə müqayisədə iyul ayında da eyni dərəcədə məişət avadanlıqlarından istifadə etsələr də, ötən ay işıq pulu çox gəlib.

Qurumun sözçüsü Tanrıverdi Mustafayev yaranmış vəziyyətlə bağlı açıqlamasında burada hər hansı şübhəli məqamın olmadığını bildirib: “Elektrik enerjisindən istifadəyə görə təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.

T.Mustafayev “Azərişıq” tərəfindən quraşdırılan və hazırda vətəndaşların istifadə etdiyi sayğaclara kibermüdaxilənin də qeyri-mümkün olduğunu bildirib: “Hər şey nəzarət altındadır”.

Tural Yusifov adlı şəxsin şəkli.

Tural Yusifov adlı şəxsin şəkli.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...