Bələdiyyə məktəbləri və uşaq bağçaları yaradıla bilərmi? - RƏY
Parlamentin qarşıdan gələn növbəti - 2018-ci il payız sessiyasında bələdiyyələrlə, eləcə də, inzibati ərazi vahidləri ilə bağlı qanunvericiliyə növbəti düzəlişlər və əlavələrin edilməsi gözlənilir.
Bu haqda Mynews.az-a açıqlamasında Milli Məclisin (MM) Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev məlumat verib.
Onun sözlərinə görə, payız sessiyası hələ başlamasa da, sessiyanın və adıçəkilən komitənin qanunvericilik işləri planı tam məlum olmasa da, hər sessiyada olduğu kimi, bu sessiyada da bələdiyyə torpaqları, bələdiyyə əraziləri, bələdiyyələrin səlahiyyətlərinin artırılması və inzibati ərazi vahidlərində dəyişikliklər edilməsi ilə bağlı məsələlər olacaq:
“Şəxsən mənim də arzum və istəyim odur ki, ölkədə bələdiyyələrin fəaliyyəti genişlənsin. Bələdiyyələrin səlahiyyətləri mərhələ-mərhələ genişləndirilir və bu proses davam etdirilsin. Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına ehtiyac var.
Bu gün bələdiyyələrin özlərinin güclü maliyyə təminatı olmalıdır. Bu təminat olmadan, bələdiyyələrin tam inkişafından, oturuşmasından danışmaq olmaz. Bələdiyyələrin özlərinin məktəbləri, uşaq bağçaları, idman məktəbləri, idman klubları, idman meydançaları olmalıdır. Onlar özləri idmançılar yetişdirməlidir.
Bununla yanaşı, bələdiyyə avtobusları olmalı, insanlara xidmət etməlidir. Hesab edirəm ki, bu məsələlərdə, o cümlədən, bununla bağlı qanunverciliyin təkmilləşdirilməsi və yeniləndirilməsində bələdiyyələr özləri də təşəbbüskar olmalıdırlar. Hər şeyi dövlətdən, parlamentdən gözləməməlidirlər.
Yeni qanunvercilik aktları hazırlamalı və onları parlamentə təqdim etməlidirlər, bu məsələni tək millət vəkillərinin üzərinə atmamalıdırlar”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 998 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 976 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 965 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 964 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 962 dəfə oxunub