Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bəzi əxlaqsız saytlara giriş məhdudlaşdırılıb - FOTO

Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb.

Sözügedən saytlar “Xvideos” və “Xnxx” porno portallarıdır. “Xvideos”a giriş tamamilə məhdudlaşdırılsa da, “Xnxx” portalına giriş mümkündür, lakin saytın interfeysi dağılmış vəziyyətdədir. Onların aylıq ziyarətçi sayı isə 350 milyondan çoxdur.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bu addımın doğru olduğunu bildirib:

“İstənilən halda bu, bütün dünyada olan praktikadır. Əgər orada qanunvericiliyinə zidd olan informasiya varsa, həmin saytlar qapanır. Bu, bütün saytlara aiddir. Terrorçuluq, dövlətçilik əleyhinə, silahlılar və azyaşlılarla bağlı olan məlumatlardır.

Sözügedən saytlar isə uşaqlara zərər verən pronoqrafik məlumatlarla doludur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmə olmadan da həmin saytları bloklamağa səlahiyyəti çatır. Bu cür resurslara qarşı belə addım atılırsa, düşünürəm ki, narahat olmaq üçün məqam yoxdur.

Nazirliyin məhkəməyə müraciət etməsi də düzgün olardı. Son qərarı məhkəmənin verməsi daha doğru addımdır. Bu cür pornoqrafik resurlar Azərbaycan ərazisində bağlanırsa, doğru yanaşmadır”. 

Qeyd edək ki, porno saytların bağlanması bəzi sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...