Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əhalinin cins nisbəti sürətlə pozulur - Yeni doğulan hər 100 qıza 113 oğlan düşür

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 min 166 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən Mynews.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...