Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zakir Qaralovun qəbul vaxtı dəyişdirildi

Baş prokuror Zakir Qaralovun avqustun 17-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, qəbul avqustun 24-də saat 10:00-da Saatlı rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

Z.Qaralov həmin gün Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

Qeyd edək ki, Baş prokurorun vətəndaş qəbulunun əvvəlcə avqustun 17-də keçirilməsi planlaşdırılmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...