Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

DİM sədri: Razı deyilsinizsə, məhkəməyə müraciət edin

Kompüterdə nəticəni dəyişdirmək mümkündür.

Mynews.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirərək, yüksək bal toplayaraq universitetə yerləşdirilmədiyini iddia edən abituriyentin məsələsinə aydınlıq gətirərkən bildirib. 

Bundan sonra İbrahim Əsgərlinin valideyni bildirib ki, imtahan nəticələri barədə göndərilən mesajda övladının 596 bal topladığı göstərilib.

Daha sonra çıxış edən təhsil eksperti Kamran Əsədov çıxış edərək bildirib ki, abituriyent və ailənin razılığı əsasında məlumatları paylaşıb:

“Məqsəd sizin işgüzar nüfuzunuza zərər vurmaq deyil. Bu məsələni aydınlaşdırmaq istəyirik”.

Məleykə Abbaszadə bildirib ki, kompüter proqramları ilə əlaqədar nəticələrin saxtalaşdırılması mümkündür:

“Bizim sistemə hər hansı bir müdaxilə mümkün deyil. Ya kodu sizə səhv göndəriblər, ya da fərqli sistemlə daxil olaraq, nəticəni dəyişdiriblər. İstəmirəm ki, hər hansı haker proqramlarının adını sadalayım. Lakin kompüterdə nəticəni dəyişdirmək mümkündür.

Ola bilər ki, heç sizin övladınız imtahanda iştirak etməyib. İbrahim Əsgərlinin sınaq imtahanında nəticələri 279, 428, 512 bal olub. Əgər bizim nəticələrimizdən razı deyilsinizsə, məhkəməyə müraciət edin. Siz müraciət etməsəniz, biz məhkəməyə müraciət edəcəyik”.

DİM sədri qeyd edib ki, sənədvermə prosesində üçüncü şəxslərə müraciət edirlər:

“Bəzən abituriyentlər öz kodlarını bilmirlər. Təəssüf ki, bu proses ətrafında kimlərsə biznes qurur, bu zaman abituriyent və valideynləri aldadırlar. Bəzən isə abituriyent özü valideyni aldadır. Bizim bu prosesdə heç bir marağımız yoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...