Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xaçmazda qovaq qətliamı

Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yaş köküstə 20-30 sm diametrliyində 11 ədəd qovaq ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, nazirliyinin 5 saylı Regional İdarəsi tərəfindən aparılan araşdırma zamanı ağacların Xaçmaz rayon sakini Nazim Abasov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və təbiətə 2470 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...