Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadınları hamamda çimərkən çəkdi, ifadəsi şoka saldı - VİDEO

Evlərə girərək hamamdakı qadınları gizlincə görüntüləyən və onlara hücum edən şəxs tutuldu.

Türkiyənin Bartın vilayətində sakinləri təşvişə salan oğru saxlanılıb.

Mynews.az xəbər verir ki, bu, 24 yaşlı T.Y adlı şəxsdir.

Bildirilir ki, gənc oğlan soyğunçuluq üçün girdiyi bir neçə evdə qadınlara hücum çəkərək onları zorlamağa cəhd edib. Həmin şəxs girdiyi mənzillərdə hamamda çimən qadınları da mobil telefonu ilə gizlincə videoya çəkib.

Polis tərəfindən saxlanılan T.Y ifadəsində işsiz qaldığı üçün psixologiyasının pozulduğunu və hadisələri törədərkən şeytanın onu aldatdığını, etdiklərinə görə peşman olduğunu bildirib.

Onun İstanbul, İzmir, Bursa və Sakarya şəhərlərində də təcavüz hadisələri törətdiyi üzə çıxıb.

Polis hazırda faktlarla bağlı araşdırma aparır.


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...