Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib. 

AQTA-dan Mynews.az-a verilən məlumata görə, təlimdə bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən danışılıb, yeniliklər təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Təlim çərçivəsində ekspertlərin çıxışları dinlənilib, fındıqdan nümunə götürülərkən istifadə olunan alətlər əyani vəsait kimi nümayiş etdirilib. Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlim bitdikdən sonra qida təhlukəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin biliklərinin yoxlanılması məqsədilə test-sınaq imtahanları keçirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...