Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülərin nəzərinə!

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda rənglənmə işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Mynews.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 150-180 km-lik hissəsində bu gün üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...