Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gündən heyvan satışı yarmarkaları işə başlayır

Azərbaycanda avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar bu gündən başlayaraq üç gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə baş tutacaq yarmarkalara təxminən 35 min baş heyvanın çıxarılması nəzərdə tutulur. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq.

Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.

Daha ərtaflı Baku TV-nin hazırladığı videosüjetdə:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...