Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Komitə sədrləri gənclərlə görüşüb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və “İpək yolu” Beynəlxalq Gənclər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Diaspor Gənclərinin I Yay düşərgəsi”nin iştirakçıları ilə daha bir görüş keçirilib.

Mynews.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev gənclərlə görüşüb. 

Komirtə sədri diaspor gənclərini salamlayıb, düşərgədə iştirak etdikləri üçün onlara təşəkkür edib, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Bununla yanaşı ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə yaşayan soydaşlarımızın diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

Millət vəkili Ülvi Quliyev gənclər hərəkatının güclənməsi, gənclərin sağlam inkişafı və diasporumuzun güclənməsində gənclərin rolu barədə danışıb.

Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...