Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan polisi insan alverinə qarşı mübarizədə qətiyyət nümayiş etdirir - FOTOLAR

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Daxili İşlər Nazirliyinin (DİN) təşkilatı dəstəyi ilə Quba və Xaçmaz rayonlarında “İnsan alverinə qarşı mübarizədə profilaktik tədbirlərin təşkili” mövzusunda tədbirlər keçirib.

Mynews.az xəbər verir ki, təşkilatın sədri və layihənin əlaqələndiricisi Ramiz Alıyev tədbirlərdə layihə haqqında məlumat verib, mövzunun vacibliyini qeyd edib. O, insan alverinə qarşı mübarizə ilə bağlı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Milli Fəaliyyət Planının uğurlu icrası nəticəsində bu sahədə əldə edilən nailiyyətlərdən danışıb. İnsan alveri və bu qəbildən olan cinayətkarlığa qarşı mübarizə mexanizmlərindən, Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirlərdən danışan R.Alıyev bildirib ki, hər il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə fəal dəstək verir. O, İnsan Alverinə Qarşı Mübarizə Komissiyası və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti haqqında ətraflı məlumat verib, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin hər il Azərbaycanın bütün regionlarını əhatə edən maarifləndirmə tədbirlərindən danışıb.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıq təzahürləri ilə yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda, insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə qurulub.

Tədbirlərdə DİN-in sifarişi ilə çəkilən “Satılmış həyat” filmi nümayiş olunub, iştirakçılara mövzu ilə bağlı buklet və broşürlər paylanılıb.

Bu mövzuda keçirilən tədbirlərdə rayon polis şöbələrinin əməkdaşları, icra hakimiyyətlərinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər və gənclər iştirak ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...