Polisin gözü qarşısında qayda pozan sürücü: - "Vacib zəng gəldi" - VİDEO

Son günlər yollarda baş verən qəzalar nəticəsində 10 nəfər insan həyatını itirib. Qəzaların baş verməsinə əsas səbəb isə ehtiyatsızlıq və yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır.
Çox təəssüflər ki, baş verən son hadisələrdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi ölü sayının da artmasına səbəb olub. Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşları sürücüləri maarifləndirmək və xəbərdarlıq etmək məqsədi ilə bu gün paytaxt yollarında reyd keçiriblər.
Giriş qadağandır işarəsinin olmasına baxmayaraq, sürücü birtərəfli hərəkətin təşkil edildiyi yola daxil olur.
Başqa bir sürücü isə qoşa xəttin tələbini pozaraq geriyə dönmə edir.
Görüntülər Bakı şəhər dövlət yol polis idarəsinin əməkdaşlarının paytaxtda keçirtdiyi reyddəndir.Yol polisi qəzaların baş verməməsi üçün nəzarət tədbirlərini gücləndirib.
Reyd zamanı yol hərəkətini pozan piyadalara da xəbərdalıq olundu.
Hər hansısa bədbəxt hadisənin baş verməməsi üçün yol polisi sürüclərə bir daha xəbərdarlıq edir.
Reyd zamanı kobud qayda pozan sürücülər barəsində protokollar tərtib olunub, bəzilərinə isə xəbərdarlıq edildi.
Cəmiyyət
- Qanla yazılan şanlı tarix - VİDEO
- DYP-dən hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ
- Şuşada iki su mənbəyi bərpa olundu
- Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda peyvəndləmədən imtina edənləri nə gözləyir? - RƏSMİ AÇIQLANDI 924 dəfə oxunub
- “YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb 918 dəfə oxunub
- “Azəriqaz”dan limitlə bağlı AÇIQLAMA 917 dəfə oxunub
- DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA 915 dəfə oxunub
- Neft qiymətləri ucuzlaşır 902 dəfə oxunub